3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Mahmud Qurbanov "Kəpəz"ə qayıdır

“Kəpəz”in İdarə Heyətinin iyunda keçirilən iclasında Mehman Allahverdiyevin “sarı-göylər”in idman direktoru vəzifəsindən ayrılması ilə bağlı qərar qəbul olundu.

Futbolxeber.z saytının Sport24.az-a istinadən verdiyi məlumata görə, həmin toplantıdan sonra Allahverdiyev İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirir. Mehman bəy idman direktoru postunu tərk etsə də, Gəncə klubunda hələ ki, vakant yerə təyinat olmayıb.

Lakin yaxın vaxtlarda idman direktoru vəzifəsinə təyinat reallaşacaq. Həmin post Mahmud Qurbanova tapşırılacaq.

Qeyd edək ki, Qurbanovun son iş yeri ötən ilin dekabrında ayrıldığı “Səbail” olub. 50 yaşlı mütəxəssis paytaxt klubunu çalışdırıb.

Əlavə edək ki, Mahmud Qurbanov daha əvvəl "Kəpəz"in baş məşqçisi olub. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31