3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Mutu və Mahmudov jurnalistlər qarşısına çıxacaq

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində avqustun 3-ü saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” - “Jelezniçar” oyunundan əvvəl təmsilçimizin baş məşqçisi Adrian Mutu və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Futbolxeber.az saytının məlumatına görə, tədbir avqustun 2-si saat 18:30-dan etibarən həmin arenanın konfrans zalında keçiriləcək.

Konfransdan sonra, saat 19:00-da isə "ağ-qaralar"ın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 19:30-da “Jelezniçar”in baş məşqçisi Nermin Başiç və futbolçu Edin Rustemoviçin iştirakı ilə mətbuat konfransı, 20:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqinin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31