3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Polşa millisinin sabiq üzvü: “Qarabağ” favoritdir”

“Qarabağ” ilk oyundakı məğlubiyyətə baxmayaraq, cütün favoritidir”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Polşa millisinin sabiq futbolçusu Kamil Kosovski “Rakuv”un UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” önündə şanslarını dəyərləndirərkən deyib.
 
46 yaşlı mütəxəssis Polşadakı 3:2 hesablı qələbənin həmyerlilərinə üstünlük verdiyini düşünür: “Rakuv” ilk oyunda minimal hesabla qalib gəldiyindən, nəzəri cəhətdən daha şanslıdır. Ancaq ötən mövsüm “Lex” birinci oyundakı qələbə hesabını cavab görüşündə qoruya bilməmişdi. “Qarabağ”ın çatışmazlıqları daha çoxdur. Ən zəif nöqtələri isə qapı xəttidir. Onların qapıçısı ilk matçda fəlakətli səhvlərlə “Rakuv”a üç qol hədiyyə verdi”.
 
Kosovski evdə buraxılan iki qolun Çenstoxova təmsilçisinə baha başa gəlməsindən ehtiyatlanır: “Rakuv” evdə özünü möhkəm komanda kimi təqdim etsə də, iki qol buraxdı. Bu da rəqibə özünəinam verdi. İqlimi, Azərbaycan çempionunun gücünü nəzərə alsaq, Qurban Qurbanovun yetirmələrinin şansı daha çoxdur. Amma “Rakuv” da birinci görüşdəki qələbə səbəbindən Bakıya nikbin yollana bilər”.
 
Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31