Ölkə futbolu
Azərbaycan klublarının “Yaxın Şərq siyasəti” - ARAŞDIRMA
Azərbaycanla dost münasibətdə olan dövlətlərdən biri də İsraildi. Məhz İsrail Azərbaycanın müstəqiliyini tanıyan ilk dövlətlərdən biri olub - 25 dekabr 1991-ci ildə. İki ölkə arasında diplomatik əlaqə isə 6 aprel 1992-ci ildə qurulub. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Bu ilin 29 martında isə İsraildə Azərbaycanın səfirliyi açıldı.
2 il ölkə arasında qarşılıqlı əlaqələr son illər futbolda da özünü göstərir. Buna qədər israilli futbolçuların Azərbaycana gəlişinə nadir hallarda təsadüf edilsə də, hazırda bir neçə klubumuzun heyətində israilli futbolçular forma geyir.
AZƏRBAYCANDA OYNAMIŞ İLK İSRAİLLİ FUTBOLÇU KİM OLUB?
Araşdırmamız nəticəsində məlum oldu ki, Azərbaycan çempionatında çıxış edən ilk israilli futbolçu İdan Vaytsman olub. Hazırda 38 yaşı olan yarımmüdafiəçi 2013-cü ildə “Simurq”a transfer edilib. İsrailli futbolçu 2 mövsüm Zaqatala klubunun uğurları üçün çalışıb. “Simurq”un heyətində meydana çıxdığı 50 oyunda 4 qol vuran Vaytsman 2015-ci ildə Azərbaycanı tərk edib.
İSRAİLLİ AZƏRBAYCANLI
İdan Vaytsmandan sonra uzun illər Azərbaycan Premyer Liqasında forma geyən hər hansı israilli futbolçu yada düşmür. Yalnız 2019-cu ildə “Sumqayıt”a gələn Əmir Ağayevi istisna kimi göstərmək olar ki, o da əslən azərbaycanlıdı. İsrailin Rişon LeZion şəhərində dünyaya göz açan Ağayevi “Sumqayıt” 2019-cu ildə heyətinə qatıb. Bir ara milli komandamıza cəlb olunması da gündəmə gələn Ağayev “Sumqayıt”da yalnız 1 mövsüm forma geyib, daha sonra isə Yunanıstanın “Atromitos” klubuna üz tutub.
ÖTƏN MÖVSÜM 3, BU MÖVSÜM 4...
Ötən mövsümdən başlayaraq israilli futbolçuların Azərbaycana gəlişi kütləvi hal alıb. 2022-ci ilin yayında “Neftçi” Ataa Caber və Kenni Sayefi heyətinə qatıb. “Qəbələ” isə digər israilli yarımmüdafiəçi Abu Akal Ferası transfer edib.
Ötən mövsümlə müqayisədə bu il Azərbaycana gələn israilli futbolçuların sayında artım var. Transfer pəncərəsi bağlanmasa da, artıq 4 israilli futbolçunun keçidi baş tutub.
Bu yay heyətini israilli futbolçularla gücləndirən “Səbail” və “Qəbələ”di. Paytaxt klubu yarımmüdafiəçi Yadin Luqasini və müdafiəçi Nir Bardeanı heyətinə qatıb. Hər iki israilli futbolçu ilə 1 illik müqavilə imzalanıb.
“Qəbələ” isə hücumçu Osama Xalayla və Gilad Abramovla güclənib. 25 yaşlı forvardla 1+1, yarımmüdafiəçi olan Abramovla isə 2 illik müqavilə imzalanıb.
“PORTUQALİYA İKİNCİ LİQASINDAN AZƏRBAYCANA FUTBOLÇU GƏLƏ BİLİR, İSRAİLDƏN YOX?”
Transferlərin reallaşmasında əsas vasitəçi menecerlər olur. Bəs onlar Azərbaycan klublarının son zamanlar israilli futbolçulara maraq göstərmələrinin səbəbini nədə görürlər?
Ceyhun Sultanov bildirib ki, bunda qeydi-adi heç nə yoxdu: “Düşünürəm ki, israilli futbolçuların gəlişinə normal yanaşmaq lazımdı. Portuqaliya 2-ci liqasından Azərbaycana futbolçu gələ bilir, İsraildən yox? İsrail çempionatı bizim çempionatdan üstündü. Orada çıxış edən futbolçular keyfiyyət baxımından digər liqalardan geri qalmırlar”.
“İSRAİL VƏ AZƏRBAYCAN ÇEMPİONATLARI RUHƏN BİR-BİRİNƏ YAXINDI”
Digər menecer Erkin İbrahimov isə bildirib ki, bəzi ölkələrin çempionatları Azərbaycan Premyer Liqasına bənzəyir ki, onlardan biri də İsrail liqasıdı: “Müşahidələrimə əsasən deyə bilərəm ki, elə çempionatlar var ki, ruhən bir-birinə bənzəyir. Tərzinə görə bizim çempionata daha yaxın olanları İsrail, Bolqarıstan, Yunanıstandı. Məsələn, Polşa elə deyil. Oynanılan futbolun mahiyyətini nəzərə alsaq, son zamanlar israilli futbolçuların Azərbaycan klublarına gəlişində təəccüblü heç nə yoxdu. İsrailin aparıcı klublarından olmasa da, ortabab kollektivlərdən futbolçular Azərbaycana gəlir. Həm də təkcə israilli futbolçular deyil, orada çıxış edən legionerləri də nəzərdə tuturam. Məsələn, nümunə kimi ötən il “Neftçi”yə gələn Donyonu qeyd etmək olar”.
“İSRAİLDƏ KLUBLARIN ÖDƏMƏ QABİLİYYƏTİ BİZDƏKİNDƏN ZƏİF DEYİL”
Keçmiş “Qəbələ” rəsmisi, son illər menecerliklə məşğul olan Səbuhi Səfiyarlı qeyd edib ki, israilli futbolçuların Azərbaycana gəlişinə səbəb tapmaq çətindi: “Konkret səbəb göstərmək bir qədər çətindi. İsraildə klubların ödəmə qabiliyyəti bizdəkindən zəif deyil. Məsələn, sabiq “Qəbələ”li Felipe Santosa Azərbaycanda istədiyi pulu verən olmadı. Amma İsraildən yaxşı təklifləri var idi və ora yollandı. Odur ki, israilli futbolçuların Azərbaycana gəlişinin səbəbini izah etmək çətindi. Məlum məsələdi ki, israilli futbolçular bura aşağı pula gəlmirlər. İsraildə də az pul vermirlər ki, oranı qoyub bura gəlsinlər”.
“DEMƏK OLMAZ Kİ, İSRAİLLİ FUTBOLÇULARIN HAMISI AZƏRBAYCANA MƏN GƏTİRMİŞƏM”
Maraqlıdır, həmsöhbətimiz olan menecerlər bu günə qədər israilli futbolçuların Azərbaycana gəlişinə vasitəçi olublarmı?
Ceyhun Sultanov: “Demək olmaz ki, israilli futbolçuların hamısını mən gətirmişəm. 2-3 futbolçunu gəlişində rolum olub. Klub bəyənib, mən də vasitəçi olmuşam, İsraildə tanış dostlarım, menecerlər var, onların vasitəsi ilə keçidlər reallaşıb”.
Erkin İbrahimov: “Bu günə qədər Azərbaycana israilli futbolçu gətirməmişəm. Ola bilər müəyyən mərhələlərdə təklif eləmişəm, amma keçib başa tutmayıb. Amma İsrail çempionatından Azərbaycana gətirdiyim futbolçular olub, “Zirə”, “Sabah”a”.
Səbuhi Səfiyarlı: “Açığı, 1-2 dəfə klublara israilli futbolçu təklif etmişəm, lakin heç birinin keçidi alınmayıb”.
“LEGİONER AEROPORTDAN ÇIXAN KİMİ BÜTÜN AZƏRBAYCAN BİLİR Kİ, ONU HANSI MENECER GƏTİRİB”
Ceyhun Sultanov “Bütün israilli futbolçuları mən gətirməmişəm” deyir. Görəsən, digər menecelər bu barədə nə düşünürlər. Odur ki, onlara “Azərbaycan futbolunda “İsrail bazarı” kim nəzarət edir?” sualını ünvanladıq.
Erkin İbrahimov: “Bir ölkədən yalnız bir menecer futbolçu gətirir deyə bir şey yoxdu. Hər şey şəxsi əlaqələrlə tənzimlənir. Stastisika var da. Son illər 7-8 israilli futbolçu gəlib Azərbaycana. Həmin oyunçular hansı menecerin xətti ilə gəliblərsə, deməli, o şəxsdi. Bunu saymaq 10 dəqiqənin işidi. Onsuz da bizdə elədi ki, legioner aeroportdan çıxan kimi bütün Azərbaycan bilir ki, onu hansı menecer gətirib”.
Səbuhi Səfiyarlı: “Deməzdim ki, xüsusi bir nəfər nəzarət edir. Hansı menecerin təklif etdiyi futbolçu bəyənilirsə, o da transfer edir”.
Futbolxeber.az
.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
-
22:15
"Araz-Naxçıvan"ın iki futbolçusu məşqləri bərpa etdi
-
21:43
Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirdi
-
21:22
Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
-
17:59
33-cü turun hakim təyinatları
-
17:07
Azərbaycanı Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
-
16:41
U-17 və U-19 millilərimizin rəqibləri bəlli oldu
-
15:18
Bakıda Avropa çempionatı keçiriləcək
-
15:05
Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
-
14:53
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularından uğursuz çıxış
-
13:34
Rəqibi təpiklə vuran futbolçunun cəzası açıqlandı
-
13:26
AFFA öz futbolçularını təhqir edən baş məşqçini cəzalandırdı
-
13:10
“Turan Tovuz”un müdafiəçisi 4 oyunluq cəzalandırıldı
-
12:22
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
-
12:04
Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb
-
11:39
Millimizin baş məşqçisi məğlubiyyəti şərh etdi
-
10:51
I Liqanı tərk edəcək komanda müəyyənləşib
-
10:28
Azərbaycan birinciliyinin final oyunlarının vaxtı müəyyənləşib
-
10:03
"Roma" "Bayer"lə bacarmadı VİDEO
-
09:47
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb
-
09:30
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
22:21
"Şamaxı" "Zaqatala"ya qalib gəldi VİDEO
-
21:56
Millimiz Belarusa məğlub oldu
-
21:39
“Neftçi” mübarizəni dayandırdı
-
19:43
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar
-
19:12
"Qaradağ Lökbatan" 3 xalı 3 qolla qazandı VİDEO
-
18:27
“Qaradağ-Lökbatan” və “Şamaxı”dan qələbə
-
18:06
"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb
-
17:45
Mohammed Kadiri: “Nəinki "Zirə, istənilən rəqibə qalib gələ bilərik”
-
16:38
İspaniyalı baş məşqçi: "Prezident Kuboku”nda iştirak hər bir idmançı üçün yaxşı təcrübə olacaq"
-
16:13
Yüksək Liqada mövsüm başa çatdı
-
15:00
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
-
14:49
"Prezident Kuboku": Azərbaycan avarçəkəni qızıl medal qazandı
-
14:22
"Neftçi" “Qarabağ”la matçın hazırlığını davam etdirir FOTOLENT
-
14:15
Millimizin sabiq üzvü “Əl-İttihad”da
-
13:07
Türkiyə avarçəkəni: “Prezident Kuboku” turniri həyəcanlı və maraqlı keçir"
-
12:31
Aygül Abdullayeva Estoniyada ən yaxşı hakimi seçilib
-
12:12
"Səbail" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
11:58
Klublar Komitəsinin növbəti iclası keçirilib
-
11:26
Avarçəkmə üzrə "Prezident Kuboku”nda ikinci yarış gününə start verilib
-
11:03
Fərid Mansurov: "Prezident Kuboku-2024"də azarkeş qismində iştirak etmək qürurvericidir"
-
10:34
"Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik"
-
10:12
Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər
-
09:59
"Traktor" əzəli rəqibi ilə heç-heçə etdi
-
09:47
"Borussiya" PSJ-ni məğlub etdi VİDEO
-
09:30
Minifutbol millimiz beynəlxalq turnirin qalibi oldu
-
18:19
Abu Dosso: “Sumqayıt”ın potensialı avrokuboklarda oynamağa imkan verir”
-
17:58
Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb
-
17:42
Azərbaycanlı nümayəndə ilk dəfə Avropa çempionatında
-
17:25
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşüb
-
17:03
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşib