3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Qəbələ”nin yeni transferi: “Avrokuboklarda debüt edəcəyim üçün həyəcanlıyam”

“Avrokuboklarda debüt edəcəyim üçün həyəcanlıyam”.
 
Futbolxeber.az-ın məlumatına görə, bunu “Qəbələ”nin yeni transferi Lukas Afriko “futebolatino.lance.com.br” saytına açıqlamasında deyib.
 
Yay fasiləsində Portuqaliya klubu “Eştoril”dən “qırmızı-qaralar”a keçən 28 yaşlı braziliyalı mərkəz müdafiəçisi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün Kipr “Omoniya”sı ilə keçirəcəkləri matçı səbirsizliklə gözlədiyini söyləyib: “Konfrans Liqasında mübarizə aparmağa hazırıq. Çox güclü komandamız var. “Omoniya” ilə keçirəcəyimiz oyunla bağlı düşüncələrimizi təlim-məşq toplanışındakı yoxlama görüşlərinə uyğunlaşdıra bilmişik. Oyundan-oyuna inkişaf edəcək, irəliləyəcəyik. “Qəbələ”ni seçmək qərarımdan məmnunam. Bu komandanın heyətində avrokuboklarda çıxış edəcəyim üçün həyəcanlıyam”.
 
Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Omoniya” qarşılaşması saat 20:00-da başlayacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31