3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

RFŞ-nin baş məşqçisi: “Azərbaycana revanşı almaq üçün gedəcəyik”

“Azərbaycana qələbə qazanaraq revanşı almaq üçün gedəcəyik”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Latviyanın RFŞ klubunun baş məşqçisi Viktor Moroz “Sabah”a 0:2 hesabı ilə məğlub olduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.
 
43 yaşlı mütəxəssis öz meydanlarında uduzmalarına baxmayaraq, hələ də mübarizəni davam etdirəcəklərinə inanır: “Nəticə oyuna görə olmadı. Çünki bizim çoxlu qol şanslarımız oldu. “Sabah” isə üç imkandan ikisini qola çevirdi. Rəqib əks-hücumlarda çox təhlükəlidir. Təəssüfləndiyim məqam odur ki, qol vura bilmədik. Buna rəğmən ümidimizi itirmirik. Zəif komanda olmadığımızı gördük. Çətin görünsə də, şanslarımız var. Hələ heç nə bitməyib”.
 
Qeyd edək ki, “Sabah”la RFŞ arasında cavab oyunu avqustun 3-də “Bank Respublika Arena”da keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31