3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Azər Məmmədov: "Sponsor olmadığına görə hazırlıq üçün Bakını seçdik"

"Kəpəz"in baş məşqçisi Azər Məmmədov klubun mətbuat xidmətinə Bakı toplanışını dəyərləndirib. 
 
Futbolxeber.az saytının məlumatına görə, o,  “Dalğa Arena” təlim-məşq mərkəzində keçirilən hazırlıq prosesi haqqında bunları deyib:
 
“Biz çox istərdik ki, təlim-məşq toplanışını ölkə xaricində keçək. Amma məlum vəziyyətə, klubun sponsoru olmadığına görə hazırlıq üçün Bakını seçdik. Buna baxmayaraq məşqlərimiz plan üzrə getdi. İstədiyimiz kimi hazırlaşa bildik. Sadəcə, yoxlama oyunları üçün rəqib tapmaqda çətinlik çəkdik. Düzdür, “Səbail”, “Zirə”, “Araz-Naxçıvan” kimi elita təmsilçiləri ilə oynaya bildik".
 
Mütəxəssis bildirib ki,  planlarında beş oyun var idi: "Digər iki sparrinq rəqibimizin də Premyer Liqa klubu olmasını istəyirdik. Amma təəssüflər olsun ki, komandalar ölkə xaricində olduğundan istəyimiz alınmadı. Nəticədə “Səbail-2” ilə oynadıq. Bakıda rəqib tapa bilmədiyimizdən Gəncəyə bir az tez qayıdası olduq. Doğma şəhərimizdə öz əvəzedicilərimizlə də qarşılaşacağıq. Bundan sonra həftəlik oyun hazırlığına başlayacağıq. Bakı toplanışında biz ümumi olaraq səhər məşqində fiziki, axşam hazırlığında texniki-taktiki çalışmalar üzərində işlədik. Futbolçulara minnətdaram, olduqca məsuliyyətli, istəkli şəkildə məşqlərdə iştirak etdilər. İnşallah, bunun bəhrəsini çempionatda həm biz, həm də onlar görəcəklər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31