3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Sabah" ilk dəfə UEFA reytinqində Azərbaycana xal qazandırıb

“Sabah” ilk dəfə UEFA reytinqində Azərbaycana xal qazandırıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Bakı klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Latviya təmsilçisi RFŞ-i səfərdə 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.
 
“Sabah”ın avrokuboklarda debüt matçındakı qalibiyyəti sayəsində ölkə reytinqinə 0,250 xal əlavə olunub. Bununla ölkənin cari mövsümdəki xallarının sayı 0,750-yə çatıb.
 
“Qarabağ” isə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşada yerli “Rakuv”a uduzduğundan (2:3), xal qazandıra bilməyib.
 
Son 5 mövsümdəki ümumi xallarının sayı 15,000-a çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb. Bir addım irəlidə olan Sloveniya 16,000 reytinq xalına malikdir.
 
Baş tutan qarşılaşmalar Yunanıstan, Finlandiya, Latviya, Malta və Şimali İrlandiyanın irəliləməsinə, İsveç, İrlandiya, Lixtenşteyn, Ermənistan, Lüksemburq, Monteneqro və Andorranın isə geriləməsinə səbəb olub.
 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31