3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Vitse-kapitan: “İnanıram ki, daha yaxşı “Qəbələ” görəcəyik”

“Omoniya”nı “Qarabağ”la oyunlardan yaxşı tanıyırıq, bilirik ki, güclü rəqibdi. Oyunlarını təhlil etmişik. Biz də yaxşı təlim-məşq toplanışı keçmişik. İnşallah, əlimizdən gələni edəcəyik ki, sonda sevinən tərəf biz olaq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin vitse-kapitanı Ürfan Abbasov deyib.

O, azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklərini bildirib: “Bilirik ki, Kipr klubları ilə oyunlar çətin keçir. Onların bizə qarşı münasibəti hamıya məlumdu. Bu matçda əllərindən gələni edəcəklər, aqressiv oyun nümayiş etdirəcəklər. Biz buna hazırıq. Çalışacağıq bacardığımızdan artığını ortaya qoyaq”.

O, ötənilki komanda ilə hazırkı “Qəbələ”ni belə müqayisə edib: “Həqiqətən ötən mövsüm “Qəbələ” yaxşı nəticə qazandı. Komanda da keyfiyyətli oyunçularımız var idi. Məncə, yeni gələnlər də ustalıq baxımından gedənlərdən heç də geri qalmır. Fikrimcə, “Omoniya” ilə qarşılaşmalarda potensiallarını tam ortaya qoyacaqlar. İnanıram ki, daha yaxşı “Qəbələ” görəcəyik”.

Abbasov yeni transferlərlə anlaşmada hər hansı çətinlik çəkmədiklərini vurğulayıb: “İlk günlərdən aramızda isti münasibət yaranıb. Hər şey normal, istədəyimiz səviyyədədi”.

“Qəbələ”nin vitse-kapitanı “Omoniya”nın üstün cəhətlərini belə açıqlayıb: “Əks-hücumlarda təhlükəlidilər, cinahda yaxşı oyunçuları var. Çalışacağıq onların qarşısını alaq. Meydanda diqtə edən tərəf olmaq istəyirik”.

Abbasov məqsədlərinin qələbə olduğunu söyləyib: “Fikrimiz ancaq qələbədi. Yenə deyirəm, var gücümüzü ortaya qoyacağıq. Gücümüzün nəyə çatdığı isə meydanda görünəcək. “Omoniya”nın keyfiyyətli futbolçuları var. Ancaq bu o demək deyil ki, onlardan çəkinirik. Komandamız demək olar, yenidən formalaşsa da, içi mən qarışıq meydana qələbə qazanmaq üçün çıxacağıq”.

İbrahim CƏFƏROV, Qəbələ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31