3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Samir Abasov: "Yeni transferlərimizin əzmkarlığını bəyənirəm"

“Oyun bizim üçün ağır şəraitdə keçdi. Komandada bir neçə oyunçuda müəyyən sağlıq roblem var idi. Amma proqramda qeyd olunduğu üçün “Ərzurumspor”la görüşü bir gün sonraya təxirə saldıq. İstər-istəməz müəyyən yorğunluq hiss olunurdu. Bununla belə, oyunçular mümkün qədər hərəkətli olmağa, oyunda qalmağa çalışdılar”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışı çərçivəsində "Ərzurumspor"a 3:4 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib.

"Əsas məqsədimiz mümkün qədər tez bərpa olunmaq, sağlıq problemləri olan oyunçularımızın tezliklə sıraya dönməsinə nail olmaqdır. Yeni transferlərimizin meydanda göstərdikləri əzmkarlığı bəyənirəm. Oktavio kollektivə bir az gec qoşulub. Komanda ilə bir neçə məşqə çıxmışdı deyə ona cəmi 30 dəqiqə şans verdik. Hələ fiziki olaraq pik formada deyil. Zamanla o da, digərləri də daha yaxşı vəziyyətdə olacaqlar", - deyə o bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31