3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Qurban Qurbanov: "Buraxılan sonuncu qol bizi daha məsuliyyətli olmağa vadar edəcək"

"Şahruddin və ya digər futbolçular barədə sual verməyə, transfer məsələlərinə tələsirsiniz".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Rakuv"a 2:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Polşada keçirilən ilk oyunundan sonra mətbuat konfransında deyib

51 yaşlı mütəxəssis bildirib ki, futbolda qaçılmaz hallar olur: "Kənardan hər şey fərqli görünə bilər. Amma epizoda yaxın olsan, başqa fikirdə ola bilərsən. Top yumrudur, istənilən an istiqamətini dəyişə bilər. Transferlərimizi yerli-yerində etməyə çalışırıq. İstənilən an ola bilər. Əvvəlcədən heç nə deyə bilmərəm. Komandamdan razıyam. Buraya hücum futbolu göstərməyə gəlmişdik. Düşünürəm ki, futbolçularım bunu bacardılar".

O, futbolçularının çox yaxşı oyun nümayiş etdirdiyini söyləyib: "Hər birindən həddindən artıq razı qaldım. Həqiqətən əsl Çempionlar Liqası matçı idi. Meydanda iki çox yaxşı kollektiv mübarizə apardı. İlk hissədə daha qapalı futbol gedirdi. İkinci yarıda isə boş sahələr çox oldu. Futbolçularım çox əziyyət çəkdilər. Böyümək üçün faydalı oyun oldu. Rəqibi daha yaxından tanıdıq. Bakıda daha diqqətli olmağa çalışacağıq. "Rakuv" elə komandadır ki, futbolçuları ani diqqətsizlikdən qol vura bilirlər. İnanıram ki, cavab oyununda daha yaxşı oynayacağıq".

Qurbanov "Rakuv"la matçda fərdi səhvlər və diqqətsizlik olduğunu gizlətməyib: "Rəqibin necə hücum edəcəyini, demək olar ki, bilirdik. İlk qol texniki səhvdən buraxıldı. Düzülüşdə bir az gecikdilər. Bilmirəm, bəlkə kənardan fərqli görünür. Oyuna yenidən baxacam. İlk hissədə xeyli sayda qol epizodlarımız oldu. İkinci yarının hardasa 10-15 dəqiqəsində əvvəlki tempi tuta bilmədik. Getdikcə fəallaşmağa başladıq. "Rakuv" oyuna görə bizi üstələmədi. Düzdür, qollar vurdular. Üçüncü qol sırf fərdi ustalıqla bağlı idi. Belə qollar nadir hallarda olur. Ədalətli nəticə bəlkə də bərabərlik idi. Buraxılan sonuncu qol bizi daha məsuliyyətli olmağa vadar edəcək. Bu isə komandamın faydasına olacaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31