4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Murad Musayevdən qələbə şərhi: "Bizi birdən-birə "alova"a atdılar"

"Səhvlərimiz üzərində yaxşı işləməliyik, rəqibə bu cür imkan vermək olmaz".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev RFŞ-ə 2:0 hesabı ilə qalib gəldikəri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Latviyada keçirilən oyunsonrası mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis qarşılaşmaya yaxşı başladıqlarını bildirib: "Çətin matç oldu. Mövsümdə ilk rəsmi oyunumuz idi. Rəqib çətinliklər yaşatdı. Şadam ki, təzyiqə tab gətirdik və ikinci qolu vurduq. Sonda qol buraxmadan qələbə qazandıq. Bakıda daha bir 90 dəqiqə bizi gözləyir. Cavab görüşündə daha yaxşı olmağa çalışacağıq".

Murad Musayev komandanın tam optimal formada olmadığını bildirib: "Latviyada çempionat davam edir. Onlar yaxşı formadadırlar. Biz isə hələ yeni başlayırıq və demək olar ki, birdən-birə bizi "alova" atdılar (gülür). Şadam ki, futbolçular tab gətirdi. Avrokuboklarda ilk rəsmi görüşdə qələbə qazandıq. Bu, vacib idi. Amma çox istəyirəm ki, iki matçın ümumi nəticəsinə görə qələbə olsun. Qarşıda hələlik çox işimiz var".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31