29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

"Jelezniçar"ın baş məşqçisi: "Neftçi"yə qarşı təslim olmağı düşünmürük"

"Komandamı təbrik edirəm. Seçdiyimiz taktika ilə rəqibin qarşısını ala bildik. Bu, ölkəmiz üçün böyük uğurdur. Növbəti oyuna hazırlaşmağa başlayacağıq. Bu, bizim üçün növbəti fürsətdir. Azarkeşlərimizin bizi növbəti mərhələdə dəstəkləməsi üçün yeni fürsətdir". 

Futbolxeber.az saytının məlumatına görə, bunu "Jelezniçar"ın baş məşqçisi Nermin Başiç Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda Minsk "Dinamo"sunu 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

O, ikinci turda "Neftçi"yə qarşı ciddi hazırlaşacaqlarını bildirib: "Artıq biz "Neftçi " ilə oyuna hazırlaşmağa başlamışıq. İlk turda hər iki rəqibi təhlil etmişdik. Bakını sevdim. Səmimi şəhərdi. Növbəti oyuna da keyfiyyətli şəkildə hazırlaşacağıq".

"Jelezniçar"ın baş məşqçisi "Neftçi" ilə oyunların çətinliyindən də söz açıb: "Qarşıdan bizi çətin oyunlar gözləyir. Düşünürəm ki, ilk olaraq yaxşıca istirahət etməli, yatıb istirahət etməliyik. "Neftçi" ilə oyunun çətinliyini bilirik. Təslim olmağı düşünmürük. Azərbaycan təmsilçisinin Rusiyada keçirdiyi bütün oyunlarını izləmişik".

Başiç qeyd edib ki, Adrian Mutunun gəlişi onlar üçün ciddi əhəmiyyət kəsb etmir: "İnanmıram ki, "Neftçi"nin yeni baş məşqçisinin güclü olmağı xüsusi bir amil olsun. Özüm də bu komandaya üç ay əvvəl gəlmişəm".

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30