29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

"Rizespor" Medinanı avqusta qədər transfer etmək istəyir

Türkiyənin “Rizespor” klubu “Qarabağ”ın futbolçusu Kevin Medinanı avqusta qədər transfer etmək niyyətindədir.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidmətinin rəhbəri Hasan Yavuz məlumat verib.
 
Klub rəsmisi bildirib ki, “Qarabağ”la danışıqları yekunlaşdırmaq üçün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq çempionu “Linkoln”la oyunu gözləyiblər: “Medina çox dəyərli futbolçudur. Həm oyunçunun özü ilə, həm də “Qarabağ”la görüşümüz olub. Danışıqları yekunlaşdırmaq üçün “Linkoln”la görüşü gözləyirdik. Tezliklə bəzi məsələlərin dəqiqləşəcəyini düşünürəm”.
 
Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da mətbuata açıqlamasında Kevin Medina üçün ciddi təkliflər aldıqlarını açıqlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30