29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Şahin Diniyev: "Komandam rəqibdən çəkinmədi"

“Olduqca çətin rəqibə qarşı növbəti yoxlama oyunumuzu keçirdik. Əslində, bu qədər ağır məşqlərdən sonra komandamın yorğun olacağını düşünürdüm. Lakin bütün kollektiv “Sivasspor”la qarşılaşmada xarakter nümayiş etdirdi, hətta deyərdim ki, gözlədiyimdən də yaxşı oyun göstərdi". 
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin DiniyevTürkiyə toplanışı çərçivəsində "Sivasspor"la 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra deyib.
 
O bildirib ki, "Sivasspor" Türkiyə Superliqasının güclü komandaları sırasındadır: "Sevindirici haldır ki, komandam rəqibdən çəkinmədi, olduqca inamlı mübarizə apardı. Futbolçularımız taktiki cəhətdən ağıllı oyun nümayiş etdirdi. Hücumlarda daha dəqiq olsaydıq, qələbə də qazana bilərdik. Qarşılaşma ərzində çox sayda qol imkanını əldən verdik. Maraqlı səslənsə də, qələbəyə biz daha yaxın idik. Futbolçularıma göstərdiyi xarakter və maraqlı oyuna görə təşəkkür edirəm. Ümumilikdə götürsək, bütün futbolçular toplanış dövründə hər bir tapşırığa məsuliyyətlə yanaşır. Həm nizam-intizam, həm də oyun baxımından komandamızda inkişaf nəzərə çarpır. Bu hələ başlanğıcıdır. Daha yaxşı oynamaq üçün potensialımız var”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30