29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Elmar Baxşıyev: "Daha yaxşı olmağa çalışacağıq”

“Təlim-məşq toplanışı çərçivəsində üç oyun keçirməyi planlaşdırırdıq. Bunu da gerçəkləşdirdik. Hazırlıq prosesini zədəsiz başa vurmağımız sevindiricidir. Ən önəmli faktorlardan biri də budur. Bu üç matçın faydalı olduğunu düşünürəm. Bütövlükdə toplanış da bizim üçün faydalı alındı. Çünki komanda yenidir və bu müddətdə futbolçular bir-birinə daha da uyğunlaşdılar".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Türkiyədə təşkil olunan təlim-məşq toplanışında Şimali Makedoniya “Qostivar”ına 3:1 hesabı ilə qalib gəldikləri sonuncu yoxlama oyunundan sonra klubun saytına açıqlamasında deyib.
 
"Ümumilikdə üç görüşü dəyərləndirsək, komanda hər qarşılaşmada hansısa bir aspektdə inkişaf etdi. Bu, bizi sevindirir. “Omoniya” ilə ilk matça qədər bir az da vaxtımız var. Düşünürəm ki, həmin müddətdən daha da yaxşı istifadə edəcək və futbolçuları ilk görüşə hazırlayacağıq. Seçdiyimiz oyunçular daha artığını edəcəyi ilə bağlı siqnal verir. Matçdan-matça daha məzmunlu, daha keyfiyyətli futbol nümayiş etdirəcəyik. Komanda şəklində gündən-günə daha yaxşı olmağa çalışacağıq” - deyə o bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30