29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Qurban Qurbanov: "Rəqib mübarizədən əl çəkmirdi"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" klubuyla cavab matçından sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunun konfrans zalında jurnalistlər qarşısına çıxan təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib.

- Futbolçularmı təbrik edirəm. Futbolçularım sona kimi çox güc sərf etdilər. Sonda yaxşı qalibiyyət oldu. Böyükhesablı qələbə olsa da, rəqib mübarizədən əl çəkmirdi. Yaxşı atmosfer yaratdıqları üçün azarkeşlərə təşəkkür etmək istəyirəm.

- Kevin Medinanın ehtiyatda qalmasını klubdan gedişi ilə əlaqələndirmək olar?

- Onun gedəcəyi ilə bağlı tam məlumat yoxdu. Amma müəyyən səbəblər var idi və ona görə də əsas heyətdə yer almamışdı. Medina ilə ciddi maraqlanırlar. Amma bu gün, sabah hələ ki, bizimlədi. Düşünürəm ki, hər şey qaydasında olacaq. 

- “Rakuv”la oyun ərəfəsində komandanı tam sınaya bildiz?

- Biz hər rəqibə ciddi yanaşırıq. Hər komanda fərqli oyun sistemində çıxış edir. “Linkoln”u məğlub etmək heç də asan olmadı. “Rakuv”a qarşı mütələq dəyişiklik olmalıdı. Onlar fərqli oyun sistemində çıxış edirlər, bərk komandadı. Bunları nəzərə alırıq. Ancaq proqramımızdan çəkilmirik, bunun üzərində hazırlaşırıq. “Rakuv” ciddi rəqibdi. Polşa futbolundan bir az fərqli oynayırlar. Həm sistemləri, həm də oyun fəlsəfələri fərqlidi. Biz bu komanda ilə Antalyada qarşılaşmışıq və uduzmuşuq. Onları yaxından tanımaq üçün 5-6 gün vaxtımız olacaq. Başda mən olmaqla, bu oyuna yaxşı hazırlıq keçəcəyik.

- İlk oyunla müqayisədə Yassin Benziya start heyətdə meydana çıxmışdı. Onun tam hazır olduğunu düşünmək olar?

- Onun ustalığına heç vaxt şübhəm olmayıb. Sadəcə, uzun müddət kənarda qaldığı üçün idman formasından xeyli uzaqlaşmışdı. Hətta bizə gəldikdən sonra da iki dəfə zədələndi. Bu gün də 90 dəqiqə meydanda saxlamadıq. Çünki tam hazır deyil. Daha 3-4 belə oyun keçirsə, daha yaxşı Benziyanı görə bilərik. Bu gün tam razı deyiləm.Həm həkimlərin, həm də fiziki hazırlıq üzrə məşqçilərin məsləhəti ilə onu tələsmədən yaxşı səviyyəyə gətirməyə çalışırıq. 

- Bəhlul Mustafazadə mərkəz müdafiəçisi olmasına baxmayaraq, ilk hissə də daha çox hücuma meyillənirdi. Bu sizin tapşırığınız idi, yoxsa özü irəli atılırdı?

- Standart vəziyyətlərdən sonra daha çox hücumda görünürdü. Standart vəziyyətlər zamanı düzgün mövqe seçə bilir. Bu da onun üstünlüyüdü. Standart vəziyyətlərdə düzgün mövqe seçə bilir. Hücuma daha çox getməsini deməmişdim. Amma hücumların başlamasında rol oynamasını tapşırıq verilmişdi.

- “Qarabağ”la çatmaq istədiyiniz ən böyük arzunuz?

- Bu komandanın həmişə mübariz kollektiv olmasını istəmişəm. Yaxşı, gözəl bir kollektiv olsun. Azərbaycan futbolunda bu komandanın adı tam fərqlənir. Mənim bir istəyim, məsuliyyətim olub - nə qədər güc sərf etmək lazımdısa, onu da edəcəm ki, komandanın uğurları olsun. Hər il bir pillə irəli getmək arzumuzdu. Nə dərəcədə nail olduğumuzu oyunlarda görürsünüz.

- Azarkeşlərin rəyləri futbolçulara nə dərəcədə təsir edir?

- Çox istərdim ki, azarkeşlərdən futbolçulara qarşı həmişə pozitiv reaksiya olsun. Futbolçular normal insandı, həddən artıq böyük məsuliyyətin altına grirlər. Milyonlar onlardan böyük uğurlar gözləyirlər. Hamı əmin olsun ki, bu futbolçular Azərbaycan futbolu, “Qarabağ” üçün bacardıqlarından daha artığını etməyə çalışırlar. İşgüzar, özlərinə qarşı tələbkardılar. Azarkeşlər təkcə “Qarabağ”a yox, azərbaycanlı futbolçulara qarşı pozitiv reaksiya göstərmələrini istəyirəm. Azarkeşin şəxsi düşüncəsi, istəyi olur. Belə hallar futbolu daha da gözəlləşdirir. Bəzi futbolçulara, komandalara bu, müsbət təsir göstərir.

- “Qarabağ”da sırf mərkəz hücumçusu yoxdu. Bub istiqamətdə axtarışlar davam edir? Getmirsə əlinizdə olan 4 oyunçudan kimi daha çox bu mövqedə oynada bilərsiz? 

- Dünya futbolunda çox az klubda mərkəz hücumçusuna rast gələ bilərik. İndi futbol tam fərqlidi. Bəzi klublara sırf mərkəz hücumçusu lazımolur, bəzilərinə isə yox. Çünki hər komandanın öz tələbləri, oyun fəlsəfəsi var. Bu gün həmin mövqedə Cicadan istifadə edirik. Juninyonu almışıq, hətta Keyta da həmin mövqedə çıxış edə bilər. Mərkəz hücumçusu ilə bağlı sıxıntı yaşamırıq. Ön xətdəki oyunçulardan razıyam.

- “Qarabağ”ın hazırda transfer etmək istədiyi futbolçular var?

- Bir dəfə də qeyd etmişdim ki, “transfer bazarı” işimizin ən vacib hissəsindən biridi. Heyətimizdə 20-25 futbolçu olsa da, daim yeni oyunçular axtarırıq. Hər bir məşqçi öz düşüncəsinə uyğun futbolçu axtarır. Bəzən hansısa transferin reallaşması üçün illər gözləməli olursan. Azarkeşlərimizə də demək istəyirəm ki, hazırda da transfer işlərimiz davam edir. Bir neçə futbolçu ilə danışıqlar gedir. Bu, müdafiə, yarımmüdafiə və hücum xəttinə ola bilər. Onları uzun müddətdir izləyirik. Bəzən düşünmədiyin anda transfer alınmır. 20-25 gün əvvəl başımıza belə hal gəldi. Futbolçunun biletini də almışdıq, axşam danışmışdıq ki, səhər Bakıda olmalıdı. Amma sonda keçid baş tutmadı. Bəzən bizdən asılı olmayan məqamlar yaşanır. Transfer alına da bilər, alınmaya da.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30