29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Tahir Gözəl: “Çempionlar Liqasının qrup mərhələsinə yüksələcəyik”

“Səfərdə oyunumuz ağır alınmışdı. Həva şəraiti, meydanın durumu və s. çətinliklər var idi. Son dəqiqədə vurduğumuz qol olmasaydı, həmin gün stadionu çox məyus tərk edəcəkdim. Amma bu gün öz meydanımızda, çox gözəl havada baxımlı futbol nümayiş etdirdik. Bəhlul Mustafazadənin qolu Avropa futbolu keyfiyyətində bir qol idi. Belə qolu yerli futbolçunu vurması mənə ləzzət edir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda “Linkoln”u 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

O, növbəti mərhələdə qarşılacaqları “Rakuv” barədə də fikirlərini açıqlayıb: “Bu vaxta kimi Polşa klubları ilə 3 dəfə qarşılaşmışıq. Allaha şükür ki, üçündə də qalib gəlmişik. Artıq Avropada hansısa kluba zəif demək olmaz. “Rakuv” güclü rəqibdi. Bəli, Polşa mətbuatı “Qarabağ” kabusu qayıdır” yazır. Amma rəqib atletik cəhətdən güclüdü. İnşallah, Polşaya da bu keyfiyyətlə, bu əzmlə gedib, oradan qələbə ilə dönməyə çalışacağıq”.

T.Gözəl “Qarabağ”ın ötən il yoxlama oyununda “Rakuv”a uduzmasını da xatırlayıb: “Hər oyun yenidi. Biz səfərə qələbə üçün gedəcəyik. Məncə, bu söz kifayət edər”.

Klub rəhbəri yeni transferlər haqda sualı da cavablandırıb: “Bu gün qısa müddətdə transfer fikri yoxdu. Onsuz da transfer çox ağır bir prosesdi. Əgər itkimiz olsa, hazırda Medinanın gedişi gündəmdi. “Rizəspor”la danışıqlar gedir. Bu keçid baş tutarsa, onun yerinə transfer ola bilər. Ancaq hazırda bu məsələ qeyri-müəyyəndi”.

O, komandanın qarşısına qoyulan hədəfdən də söz açıb: “İnşallah, digər 3 turu da keçib Çempionlar Liqasının qrup mərhələsinə yüksələcəyik”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30