29 Aprel 2024, Bazar ertəsi
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

“Turan Tovuz”un nümayəndələri “Gənclərbirliyi”nin bazasında

Xəbər verdiyimiz kimi, “Turan Tovuz” Futbol Akademiyasının koordinatoru Rasim Əliyev və məşqçisi Seymur Tağıyev komandamızın Ankaradakı təlim-məşq toplanışında iştirak edirlər.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, onlar eyni zamanda “Gənclərbirliyi” akdemiyasında da təcrübə keçirlər.

Məşqçilər və klubun rəsmisi Səməd Nəsibov “Gənclərbirliyi”nin bazasında olublar və Ankara təmsilçisinin akademiyasının rəhbəri Seçkin Topçu ilə görüşüblər.

Onlar akademiya komandalarının məşqi, oyunları, seleksiya qaydaları, son yeniliklər və digər məsələlər haqda geniş fikir mübadiləsi aparıb təcrübələrini bölüşüblər. “Turan Tovuz”un imzalı forması Seçkin Topçuya hədiyyə olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30