29 Aprel 2024, Bazar ertəsi
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

Azərbaycanın voleybol klublarının avrokuboklardakı rəqibi müəyyənləşdi

Bu gün voleybol üzrə Çempionlar Liqası, "CEV kuboku" və "Challenge Cup" yarışlarının püşkatma mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Lüksemburqda təşkil edilən tədbirdə Azərbaycanın avrokuboklarda iştirak edən klublarının da rəqibləri bəlli olub.

Ölkəmizi qadınlar arasında "Challenge Cup"da təmsil edən "Azərreyl"in ilk rəqibi Ukraynanın "SC Balta" klubu olub. Son ölkə çempionu 1/32 final mərhələsindən mübarizəyə başlayacaq. Cütün ilk oyunu 10-12 oktyabr, ikinci matç isə 17-19 oktyabr tarixlərində keçiriləcək.

Avrokuboklarda debüt edəcək kişilərdən ibarət "Xarıbülbül Şuşa"nın rəqibi isə "TJ Spartak Myjava" (Slovakiya) klubu olub. Şuşa təmsilçisi mübarizəyə 1/32 finalda start verəcək. Komandaların birinci oyunu 24-26 oktyabr, cavab görüşü isə 31 oktyabr-2 noyabr tarixlərində keçiriləcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30