29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Erik Sorqa: “Sumqayıt”ın hədəfə çatması üçün əlimdən gələni edəcəm”

“Sumqayıt”ın yeni transferi Erik Sorqa klubumuzun mətbuat xidmətinə açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, estoniyalı forvard kollektivdə əla atmosfer olduğunu vurğulayıb: “Komandaya qoşulduqdan sonra fiziki məşqçi ilə iki gün fərdi, daha sonra isə komanda ilə birlikdə məşqə çıxdım və tədricən isti havaya alışdım. İndi isə Türkiyədəyik, burda hər şey qaydasındadır. Komanda ilə birlikdə məşqə çıxıram və özümü əla hiss edirəm. Kollektivdə əla atmosfer var. Maraqlı və intensiv məşqlər keçirik. Yoldaşlarım da məni yaxşı qəbul etdilər. Həm rus, həm də ingiliscə danışdığım üçün heç kimlə ünsiyyət problemim yoxdur. Bütün məsələlərdə bir-birimizə kömək edirik. Deyə bilərəm ki, adaptasiya problemim yoxdur”.

O, Azərbaycanla bağlı məlumatları vaxtı ilə “Qəbələ”də forma geymiş Sergey Zenyovdan aldığını vurğulayıb: “Bura gəlməmişdən öncə daha əvvəl Azərbaycanda oynamış dostum Sergey Zenyovla danışdım, mənə ölkəniz və çempionat haqqında məlumat verdi. Estoniyadakı kimi burda da 10 komandanın yarışdığını və liqanın 4 dövrədən ibarət olduğunu bilirdim. Hardasa çempionatlarımız arasında oxşarlıqlar var”.

Sonda təcrübəli futbolçu azarkeşlərə sözlərini çatdırıb: “Azarkeşlərimizə demək istəyirəm ki, komanda olaraq hədəfimiz avrokuboklar uğrunda mübarizə aparmaqdır. Baş məşqçimizlə bu barədə tez-tez danışırıq. Məqsədimizə çatmaq üçün mən də əlimdən gələn hər şeyi edəcəm. Həm vurduğum qollar, həm də komanda yoldaşlarıma edəcəyim qol ötürmələri ilə çalışacam ki, fanatlarımızı sevindirim”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30