29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Ozobiç: "İndi Rusiyaya qayıtmaq haqqında danışmaq düzgün olmaz"

Rusiyada təlim-məşq toplanışında olan “Neftçi”nin futbolçusu Filip Ozobiç “Matç TV”yə açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi 2013-cü ildə Moskva "Spartak"ından ayrıldıqdan sonra Rusiyadan ona təklif gəlmədiyini bildirib:

"Neftçi" ilə yeni müqavilə bağlamışam. Ona görə də hazırda Rusiyaya qayıtmaq haqqında danışmaq düzgün olmaz. Klub rəhbərliyi mənə etimand göstərdi. Bu etimadı doğrultmaq istəyirəm.  2013-cü ildə “Spartak”dan ayrıldıqdan sonra bu ölkədən rəsmi olaraq heç kim zəng etməyib. Bəlkə kimsə maraqlanardı, amma belə məlumat mənə çatmayıb”.

Ozobiç "Rusiyalı futbolçulara Azərbaycana getməyi məsləhət görərdinizmi" sualını isə belə cavablandırıb: "Azərbaycanda yaxşı çempionat keçirilir. Amma Rusiyadakı qədər güclü deyil. Azərbaycanda yaxşı futbolçular çoxdur. Amma maliyyə şərtləri çətin ki, rusiyalı oyunçulara uyğun gəlsin. Rusiya Premyer Liqasında yüksək maaş təklif edən böyük klublar var”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30