29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Kamran Quliyev “Spartak”la əməkdaşlıqdan danışdı

“Ümid edirəm ki, “Spartak”la əməkdaşlıq hər iki klub üçün, Azərbaycan futbolunun burada, Rusiya futbolunun isə ölkəmizdə təbliği baxımından səmərəli olacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev “Match TV”yə müsahibəsində deyib.

Futbol funksioneri Moskva “Spartak”ı ilə imzalanan əməkdaşlıq memorandumunun onlara geniş imkanlar qazandıracağını düşünür: “Biz bu məsələdə optimistik. Əməkdaşlıq təkcə dostluq görüşlərinin keçirilməsindən ibarət deyil. Fikrimcə, “Zenit”lə də eyni şəkildə işləyəcəyik. Ünsiyyət qurmaq, işləmək lazımdır. Məncə, “Zenit” və “Spartak”la yaxşı dostluq münasibətlərimiz olacaq”.

O, “Spartak”la daha bir yoxlama görüşünün keçiriləcəyini istisna etməyib: “Bu oyunu hələ açıqlamamışıq. Görək necə olacaq. “Spartak”ın yeni baş direktoru ilə əlaqə saxlayacağıq”.

Qeyd edək ki, “Otkrıtiye Bank Arena”da keçirilən “Spartak”la “Neftçi” arasında keçirilən yoxlama görüşündə Rusiya klubu 2:0 hesablı qələbə qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30