29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Qurban Qurbanov: "İnanmıram ki, azarkeşlər hansısa çətinliyə görə bizdən uzaq qalsınlar"

“Səfərdə 2:1 hesabı ilə qalib gəldik. Bu qələbə bizə heç də asan başa gəlmədi”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqası I təsnifat mərhələsində "Linkoln"a qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis hazırlıqların yaxşı getdiyini bildirib: “Hələ komandamız tam optimal formasından uzaqdır. Komanda tam istədiyim dinamikanı meydanda göstərmir. Amma hazırlığımız yaxşı gedir. Sabahkı matça ciddi yanaşırıq matça. Bizi ciddi müdafiə olunan rəqiblə oyun gözləyir. Bəzi elementlər var, onlara diqqət ayıracağıq. Futbolçularıma inanıram”.

Qurbanov yeni transferlərdən Juninyo və Patrik Andradenin duruma belə aydınlıq gətirib: “Hər ikisinin forması bir o qədər yaxşı deyil, orta səviyyədədir. Bu da səbəbsiz deyil. Çünki bizə gec qoşulublar. Məşqlərdə çox ciddi çalışırlar. Juninyonun meydanda olub-olmamasına sabah qərar verəcəyik”.

“Qarabağ”ın çalışdırıcısı bu dəfə Tofiq Bəhramov adına Respublika Stadionunda oynamamalarına da münasibət bildirib: “Biz Bakıdayıq, Bakı bizimdir. Şəhərin hər yeri bizim üçün doğmadır. Azarkeşlərin rahatlığını da düşünmək istəyərdik. Oyunların çoxunu Tofiq Bəhramovda keçiririk. Hansı ki, bizə daha doğmadır. Futbolçular üçün bəlkə daha asandır. Azarkeşlərə də ora gəlmək daha asan olar. Amma BOS-da da maraqlı oyunlarımız olub.  Meydançanın durumu da futbolçuları qane edir. İnanmıram ki, azarkeşlər hansısa çətinliyə görə bizdən uzaq qalsınlar. "Qarabağ" azarkeşləri çətin anlarda da komandanın yanında olublar”.

Qurban Qurbanov hazırda “Qarabağ”da çox yaxşı kollektiv formalaşdığını qeyd edib: “Futbolçularımdan çox razıyam. Hansı mövqeyə hansısa oyunçunu yerləşdirsək, çalışırlar ki, tapşırığı düzgün yerinə yetirsinlər. Çox yaxşı kollektiv formalaşıb. Bir-iki əlavə oyunçu götürə bilərik. Olmasa da, indiki heyət də bizi qane edir”.

Ağdam klubunun çalışdırıcısı "Qarabağ"ın Bakı Olimpiya Stadionununda bunadək qələbə qazana bilməməsi haqda sualı belə cavablandırıb: “Belə şeylərə baxan deyilik. Bu cür düşüncələrə diqqət ayırmaq istəmirik. Allah qoysa, bu stadionda da uğurlu nəticələrimiz də olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30