29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

“Araz-Naxçıvan” daha 2 məşqçi ilə müqavilə imzaladı

2023/24-cü il mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan”ın əvəzedici komandasının formalaşdırılması istiqamətində çalışmalar davam etdirilir.

Futbolxeber.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, əvəzedicilərin çempionatında debüt edəcək ikinci komandanın baş məşqçisi vəzifəsi Zaur İsmayılova tapşırılıb. Qapıçılara Cəmaləddin Əliyev məşq keçəcək. Hər iki məşqçi ilə 1 illik müqavilə imzalanıb.

Baş məşqçi arazpfk.az-a açıqlama verib: “İki gündür məşqlərə başlamışıq. Bir qədər geciksək də, qalan vaxtdan maksimum istifadə etməyə çalışacağıq. Məşqlərimizi Binə stadionunda keçirik. Heyətimizə əsasən perspektiv vəd edən gənc futbolçuları dəvət etmişik. Hədəfimiz onları gələcəkdə əsas komandaya qazandırmaqdır. Əlbəttə, gənclərin yanında 3-4 təcrübəli futbolçu da çıxış edəcək. Eyni zamanda, əsas komandada meydana çıxmayacaq futbolçulardan bir neçəsi ertəsi gün bizə kömək edəcəklər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30