29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Aslan Şahgəldiyev: “Bu, ən çox tənqid ediləcəyimiz mövsüm olacaq”

“Əlimizdən gələni edirik ki, çempionat maraqlı olsun. Düşünürəm ki, çox maraqlı mövsümlərdən birini izləyəcəyik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev deyib.

Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün püşkatma mərasimində çıxış edən Şahgəldiyev bildirib ki, ötən mövsüm çempionatda intriqanın olmasında sonuncu yeri tutan komandanın I diviziona düşməsi barədə qərarın böyük rolu olub: “Premyer Liqa klubları heyətlərini gücləndiriblər. Demək olar ki, hər biri ölkə xaricində təlim-məşq toplanışı keçirlər. Bütün bunlar işlərin daha peşəlar səviyyədə qurulduğunu göstərir. Sevindirici haldır ki, ötən mövsüm müəyyən fasilədən sonra idman prinsipləri qorundu və sonuncu yeri tutan Premyer Liqanı tərk etdi, I divizionun qalibi isə Premyer Liqaya yüksəldi. Etiraf edək ki, I diviziona düşən olmasaydı, çempionat o cür maraqlı keçməzdi. Çünki ilk 3 yer çempionatın gedişində böyük ölçüdə məlum idi. Ancaq 4-cü yer uğrunda mübarizəyə şahidlik edəcəkdik. İntriqanın olması futbolçular üçün də yaxşıdı. Hər xal uğrunda mübarizə gedir. Çalışmaq lazımdı ki, hər mövsüm idman prinsipləri qoruya bilək”.

PFL rəsmisi onları narahat edən məqamlardan da söz açıb: “Bizi narahat edən məqamlar var. Xüsusən də infrastrukturla bağlı. Bilirik ki, “Araz Naxçıvan” Premyer Liqaya yüksəlsə də, hazırda infrastrukturla bağlı problemlər var. Ona görə də biz gələcəkdə qərar qəbul etməliyik. I divizionun qalibi Premyer Liqaya yüksələcək, yoxsa daha yaxşı infrastrukturu olan. Məsələn, UEFA üçün oyunun harada keçirilməsi önəmli deyil. Əsas odur ki, qurumun təsdiq etdiyi stadion olsun”.

Şahgəldiyev bu mövsüm xeyli tənqid olunacaqlarını da bildirib: “Bu mövsüm ilk dəfə olaraq eyni zamanda 5 turnir keçirəcəyik. Buna görə də bilirəm ki, ən çox tənqid olunacağımız mövsüm olacaq. Lakin biz tənqidlərə hazırıq”.

Fərid FAİQOĞLU

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30