29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Mutunun təyinatı dünya mətbuatında

Rumıniya futbolunun əfsanələrindən hesab olunan Adrian Mutunun “Neftçi”ni seçməsi bütün dünyada maraqla qarşılanıb.

Futbolxeber.az saytının məlumatına görə, dünyanın bir sıra məşhur saytları – İtaliyanın “Calciomercato”, “Tuttomercatoweb”, Türkiyənin “Fanatik”, “NTV Spor”, “Ajansspor”, Rusiyanın “Sport-Ekspress”, “Sovetski sport”, həmçinin ABŞ, Böyük Britaniya, İspaniya və s. kimi ölkələrin mətbuatında rumıniyalı mütəxəssislə bağlı müxtəlif yazılar dərc edilib, bu keçid geniş işıqlandırılıb.

Bundan əlavə, “Neftçi”nin Sankt-Peterburq toplanışı zamanı İtaliyanın “Fiorentina” klubunun azarkeş qrupu, Moskvada isə “Çelsi” (İngiltərə) fanatları Mutu ilə görüşüblər, şəkil çəkdirib avtoqraf alıblar. Sankt-Peterburq və Moskvadakı hava limanlarında da “ağ-qaralar”ın çalışdırıcısına maraq yüksək olub. “Neftçi”nin sosial media səhifələrindəki paylaşımlara gələn reaksiyalardan da görünür ki, Adrian Mutunun komandaya baş məşqçi təyin olunması böyük əks-səda doğurub, “Neftçi”nin bütün dünyada tanınması baxımından da əlamətdar olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30