29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü

Ölkə futbolu

Mutu “Spartak”la oyundan danışdı

“Spartak”la oyunda nəticə qədər fiziki formamız da bizim üçün əhəmiyyətlidir".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Adrian Mutu Rusiyada Moskva "Spartak"ına qarşı keçirəcəkləri yoxlama oyunu barədə "Sport-express"ə açıqlamasında deyib.

Rumıniyalı baş məşqçi meydanda olduqları hər dəqiqədən maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb: “Rəqibin bir neçə matçını izləmişəm. Necə oynadıqlarını, hansı potensiala sahib olduqlarını bilirəm. Bu, əla komandadır. Üstəlik, böyük büdcələri var. Amma öz oyunumuzu düşünməliyik. Hələ üzərində işləməli olduğumuz çox şey var. Bizi futbolçularımızın formaya düşməsi maraqlandırır. Yaxşı matç olacaq. Qarşılaşmanın hər dəqiqəsindən ən yaxşı şəkildə yararlanmağa çalışacağıq. Son günlərdə üzərində işlədiyimiz plana saqiq qalmağımız vacibdir. Hər şey yaxşı olacaq".

Qeyd edək ki, bu gün oynanılacaq "Spartak" - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30