9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Dirçəliş” ölkə birinciliyinin qalibi olub

İyulun 2-də ASCO Arena-da həvəskar komandalar arasında 24-cu ölkə birinciliyinin 3-cü yer və final oyunları keçirilib.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, əvvəlcə bürünc medalçının adına aydınlıq gətirilib.

Gənclər Futbol Məktəbi ilə Masallının “Ərkivan” komandası arasında keçirilən görüşdə əyalət təmsilçisi 4:3 hesabı ilə qalib gəlib.

Həlledici matçda isə “Dirçəliş” “Lokomotiv”dən üstün olub - 4:2.

Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Üçüncü pillənin sahibi “Ərkivan” komandasına bürünc medallar və diplomlar, ikinci yerin sahibi “Lokomotiv” komandasına gümüş medallar və diplomlar təqdim olunub. Qalib komandaya qızıl medallar, diplomlar və kubok verilib.

Mükafatları Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov, vitse-prezident Rahib Əliyev, İcraiyyə Komitəsinin üzvü Rüstəm Rəhimov, baş katib Füzuli Nəcəfov və futbol mütəxəssisi Ramil Əliyev təqdim ediblər.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31