3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Emil Balayev rəsmən “Neftçi”də

“Neftçi” mövsümlərarası dönəmdə ilk transferini rəsmiləşdirib.

Futbolxeber.az saytının məlumatına görə, “Neftçi”nin yetirməsi olan Azərbaycan milli komandasının üzvü Emil Balayev ilə 2 illik müqavilə bağlanıb. 29 yaşlı qapıçı 12 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu “Səbail” (2017-2018, 2022-2023) olan Emil Balayev “Neftçi”dən (2011-2014) başqa, “Sumqayıt” (2011-2012), “Araz Naxçıvan” (2013-2014), “Ayntraxt” (Frankfurt, Almaniya; 2015-2016), “Qarabağ” (2016-2017, 2020-2022), “Tobol” (Qazaxıstan; 2019), “Zirə” (2020), “Turan” (Qazaxıstan; 2022) klublarında da çıxış edib. O, Azərbaycan çempionatının (2013, 2020) və kubokunun (2013) qalibi olub, Azərbaycanın ən yaxşı futbolçusu seçilib (2019). Qapıçı milli komandamızın heyətində 15 oyunda meydana çıxıb.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31