3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“İstərdim ki, Qurban Qurbanovun uğurlarını digər yerli məşqçilər də davam etdirsinlər”

“Təbii ki, yerli məşqçilərimizin işsiz qalmamalarını və daha çox uğur qazanmalarını istərdim”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri veteran futbolçu, “Neftçi”nin sabiq seleksiyaçı məşqçisi Bəxtiyar Musayev azərbaycanlı və əcnəbi məşqçilərin ölkəmizdəki fəaliyyəti barədə danışarkən deyib.

O qeyd edib ki, digər yerli məşqçilərin də Qurban Qurbanov kimi uğur qazanmasını arzulayır:   

“Son illər azərbaycanlı məşqçilər müəyyən nəticələr verirlər. Təbii ki, bu baxımdan ən çox güvəndiyimiz mütəxəssis Qurban Qurbanovdu. O, işi ilə nəyə qadir olduğunu sübuta yetirib, Azərbaycan futbolunda böyük uğurlara imza atıb. Çox istərdim ki, Qurban Qurbanovun uğurlarını digər yerli məşqçilər də davam etdirsinlər”.

B.Musayev əcnəbi məşqçi seçimində müəyyən amillərə diqqət yetirilməli olduğunu vurğulayıb: “Ancaq yerli məşqçilər işləməlidi fikrini səsləndirmək olmaz. Bu, peşəkarlıq baxımından da doğru deyil. Əcnəbilər də olmalıdı. Amma baxır hansı əcnəbi. Xarici məşqçi gətirməmişdən əvvəl onun işini araşdırmaq lazımdı. Elə məşqçi gətirilməlidi ki, komandaya faydası dəysin, gəldiyi ölkəyə yuxarıdan aşağı baxmasın, yalnız pulu düşünməsin”.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31