3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Sumqayıt”ın U-16 komandası gümüş medal qazanıb

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-16 Liqasında 2022/23 mövsümünə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, “Sumqayıt” FK-nın U-16 komandası son oyunda “Neftçi”ni 2:0 məğlub edərək liqanın gümüş mükafatçısı olub.

Qeyd edək ki, Kənan Hacıyevin yetirmələri çempionatda 29 qələbə, 4 heç-heçə və 6 məğlubiyyət əldə etməklə 91 xal toplayıb. Komandanın futbolçusu Nihad Orucəli isə 35 qolla liqanın bombardiri olub.

Matçın ardından U-16 liqasının mükafatlandırma mərasimi baş tutub. Mükafatçılara diplom və medalları AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, Kütləvi Futbol Departameninin müdiri Fərrux İsmayılov və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər.

Qeyd edək ki, bu nəticə “Sumqayıt” Futbol Akademiyasının bu mövsümdəki ikinci tituludur. Buna qədər isə U-17 komandası liqasının bürünc mükafatçısı olub.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31