3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Neftçi” bu gecə Sankt-Peterburqa yollanır - Baş məşqçisiz, kapitansız...

Sankt-Peterburqda keçiriləcək beynəlxalq “Matç TV Kuboku”nda iştirak edəcək “Neftçi” bu gecə vətəni tərk edir.

Futbolxeber.az saytının məlumatına görə, “ağ-qaralar” Bakı vaxtı ilə 00:00-da birbaşa reyslə Sankt-Peterburqa yollanacaq.

Regekampfın gedişindən sonra baş məşqçisiz qalan “Neftçi” səfərə də çalışdırıcısız yollanır. Komandaya Sankt-Peterburqda İqor Getman-Vadar Nuriyev tandemi rəhbərlik edəcək. Emin Mahmudovdan hələ də yeni müqavilə təklifi ilə bağlı cavab ala bilməyən “Ağ-qaralar” Peterburqa da kapitansız yollanacaq. Yeni mövsüm öncəsi transfer reallaşdırmayan “Neftçi”nin heyətinə əvəzedici heyətdən də bir neçə futbolçu cəlb olunub.  

Xatırladaq ki, “Neftçi” turnirdəki ilk oyununu iyul 1-də “Zenit”ə qarşı keçirəcək. 8 iyulda “Srvena Zvezda” ilə qarşılaşacaq flaqman turnirdəki son matçının iyul 15-də “Fənərbaxça”ya qarşı keçirəcək.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31