3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Neftçi”də iş düzgün getmir, komanda keçənilki kimi yenə gecikir”

“Neftçi” mənə doğma klubdu. 10 il futbolçu kimi, 5 il də məşqçi kimi bu komandaya xidmət etmişəm. Şükürlər olsun ki, “Neftçi”dən ayrılanda da üzüağ ayrılmışam, istər futbolçu, istərsə də məşqçi kimi. “Neftçi”nin uğur qazanmasında töhfəm olduğu üçün qürur duyuram”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin sabiq futbolçusu və məşqçisi Bəxtiyar Musayev deyib.

O, komandanın hazırkı durumunun heç də ürəkaçan olmadığını bildirib: “Neftçi”nin uğrusuz çıxış adama təsir edir. Təbii ki, bundan məşqçi amilinin də rolu var, səhv futbolçu seçinin də. “Neftçi” kuboku qazanmağa borclu idi. “Qəbələ”nin əziyyətini yerə vurmaq fikrindən uzağam. Lakin finaldakı rəqib “Neftçi”yə tam uyğun idi. Nə “Qarabağ” idi, nə də “Sabah”. Görünən odur ki, işlər düzgün getmir. Komanda yenə eyni səhvləri təkrarlayır. Ötənilki kimi yenə də gecikirlər. Komanda məşqlərə başlayıb, amma baş məşqçi yoxdu. Halbuki indiki məqamda transferlər edilməli, yeni mövsümün hazırlıqları görülməlidi. Komanda Sankt-Peterburqa turnirə getməlidi. Amma hələ nə baş məşqçi var, nə də yeni transfer. Tezliklə bütün suallara cavab tapılmalıdı. Ümid edirəm ki, ən qısa zamanda normal komanda qurular, uğurlu nəticələr qazanar, biz də baxıb sevinərik”.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31