3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Juninyo rəsmən “Qarabağ”da

"Qarabağ" Portuqaliya "Çaves"indən Olavia Viera dos Santos Juniorun transferini rəsmiləşdirib.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, 26 yaşlı braziliyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Juninyo Ağdam təmsilçisində 18 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Juninyo Braziliyada "Atletiko PR" klubunun yetirməsidir. O, "Atkletiko" ilə yanaşı müxtəlif illərdə ölkəsində "Brazil", "Novurizontino", "Fiqeyrense", "Vila Nova" komandalarında da oynayıb. 2020-ci ilin oktyabrında Portuqaliya yüksək liqa təmsilçisi "Şaviş"ə keçib. Ötən mövsüm o, əsas heyət üzvü olduğu"Şaviş"lə Premyer Liqada 30 oyunda meydana çıxıb, 4 qol vurub.  Onun "Çaves" ilə müqaviləsi 2024-cü ilə qədər idi. "Qarabağ" bu transfer üçün qarşı tərəfə təzminat ödəyəcək.

Qeyd edək ki, bu, “Qarabağ”ın 2-ci yay transferidir. Klub daha əvvəl “Zirə”dən fransalı vinger Hamidu Keytanı transfer edib.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31