3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Sumqayıt" Türkiyədə keçirilən beynəlxalq turnirin çempionu oldu

Türkiyənin Yalova şəhərində keçirilən "Internatinal Maxwell Cup" turnirində son günün oyunları baş tutub.

Futbolxeber.az saytının məlumatına görə, "Sumqayıt" FK-nın U-14 komandası ilk matçını yarımfinal mərhələsində "Poyrazköy Spor"a qarşı keçirib. Zahir Əsgərzadənin yetirmələri rəqibini 3:0 hesabı ilə məğlub edərək adını finala yazdırmağa müvəffəq olub.

14 yaşlılar final mərhələsində isə "Yalovagücü"nü məğlub edən "Magfa" SK ilə qarşılaşıb. İlk hissəsi qolsuz bərabərliklə keçən qarşılaşmanın ikinci yarısında təmsilçimiz Əli Cəlilzadənin dublu ilə 2:0 hesablı qələbə qazanaraq turnirin əsas mükafatına yiyələnib.

Bundan başqa, “Sumqayıt”ın 11 yaşlıları 3-cü yer uğrunda mübarizədə "Gölcük Karadeniz" kollektivi ilə üz-üzə gəlib. Elşad Eyvazovun yetirmələri Cavanşir Yusiflinin het-triki və İmran Seyidbalayevin qolu ilə rəqibi üzərində 4:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, bu yaş qrupunda "Samsunspor"u 1:0 məğlub edən "Bursa Kültürspor" çempion adını qazanıb.

“Sumqayıt”ın futbolçusu İmran Seyidbalayev isə yarışın ən yaxşı futbolçusu mükafatına layiq görülüb. 

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31