3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Qriqorçukdan başqa, hansı əcnəbi məşqçi Azərbaycanda nəticə qazana bilib?”

“Yerli yox, əcnəbi məşqçiyə güvənmək klubların daxili işidi. Bu, rəhbərlikdən asılı olan məsələdi, bizə aidiyyəti yoxdu”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri veteran futbolçu Yunis Hüseynov deyib.

O bildirib ki, son illər Azərbaycan futbolunda xeyli sayda əcnəbi məşqçi çalışsa da, onlardan yalnız biri nəticə verə bilib:

“Əlbəttə, istərdim ki, yerli mütəxəssislər çalışsın. Elə mən də özüm də işləyim. Amma bu haqda qərarı biz qəbul etmirik. Razıyam ki, Azərbaycan futbolunda nəticə verən yerli məşqçilərdi. Hansı əcnəbi məşqçi Azərbaycan futbolunda uğur qazana bilib? İstisna kimi yalnız “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuku göstərmək olar. Hansı ki, onun rəhbərliyi altında komanda ardıcıl 2 il Avroliqanın qrup mərhələsinə qazandı. Baş heç kimin bu baxımdan adını çəkə bilmirik. Çünki uğur qazanan yoxdu”.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31