3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Yunis Hüseynov: “Kaş ki bu gün də Azərbaycan futbolunda onun kimi klub rəhbərləri olardı”

“Bu gün rəhmətlik Rasim Rəfiyevin yubileyi qeyd olunurdu. Böyük məmnuniyyətlə bu tədbirdə iştirak etdim. Demək olar ki, Rasim Rəfiyevin ən sevimli futbolçusu olmuşam. Bunu tam səmimi deyirəm”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri veteran futbolçu Yunis Hüseynov dünən 75 illik yubileyi qeyd olunan “Neftçi”nin sabiq rəhbərlərindən biri, 1994-1999-cu illər ərzində klubun əsas sponsoru olmuş mərhum Rasim Rəfiyev barədə danışarkən deyib.

Həmin dövrdə “Neftçi”nin kapitanı olan Y.Hüseynov qeyd edib ki, Rasim Rəfiyev Azərbaycanda şəxsi vəsaitini futbola xərcləyən ilk şəxs olub:

“Ona böyük hörmətim var idi. Kaş ki bizim çempionatda, Azərbaycan futbolunda bu gün də Rasim Rəfiyev kimi klub rəhbərləri olardı. O, futbolu həddindən artıq çox sevirdi. Rasim müəllim demək olar ki, Azərbaycan futboluna ilk dəfə sərmayə qoyan şəxs olub. Ölkəmiz yenicə müstəqillik qazanmışdı və həmin vaxt klublarda maliyyə durumu heç də yaxşı deyildi. İlk dəfə məhz Rasim Rəfiyev şəxsi vəsaitini Azərbaycan futboluna naminə xərclədi. O, “Neftçi”yə sponsorluq edəndən sonra digər iş adamları da futbola maraq göstərdilər. Nəticədə az da olsa Azərbaycan futboluna vəziyyət maddi baxımdan yaxşıya doğru dəyişdi. Allah onun ruhunu şad eləsin. Həm “Neftçi”yə, həm də milli komandamıza çox köməkliklər edib. Əziz xatirəsi daim yaddaşımızdadı, qəlbimizdədi”.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31