3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Qarabağ”dan həmişəki kimi qrup mərhələsinə düşməyi gözləyirəm”

Veteran futbolçu Yunis Hüseynov “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı şanslarını dəyərləndirib.

Futbolxeber.az saytına açıqlamasında təcrübəli mütəxəssis qeyd edib ki, Ağdam təmsilçisindən qrup mərhələsinə yüksəlməyi gözləyir:

“Qarabağ”dan həmişə kimi qrup mərhələsinə düşməyi gözləyirəm. Amma hansı turnirin qrup mərhələsinə... Əlbəttə ki, Ağdam klubunun Çempionlar Liqasının qrupuna vəsiqə qazanmasını arzulayıram. Mənə elə gəlir ki, ilk mərhələdəki rəqibi “Qarabağ” asanlıqla keçəcək. Düşünmürəm ki, Cəbəllütariq klubu çempionumuza hansısa çətinlik yaratsın. Amma ikinci mərhələdə “Qarabağ”ın işi heç də asan olmayacaq. Düzdür, Çempionlar Liqasında zəif rəqib olmur. Lakin Polşa çempionundansa başqa bir rəqib olsaydı, daha yaxşı olardı. Hər halda digər klublarla müqayisədə Polşa çempionu güclü rəqibdi. Buna baxmayaraq, inanıram ki, “Qarabağ” bu rəqibin də öhdəsindən gələcək”.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31