3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Arif Əsədov: “Neftçi” və “Sabah” mərhələ adlamalıdı, “Qəbələ”nin isə rəqibi çətindi”

Milli komandamızın məşqçisi Arif Əsədov Azərbaycan klublarının - “Neftçi”, “Qəbələ” və “Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki şanslarını dəyərləndirib.

Futbolxeber.az saytına açıqlamasında təcrübəli mütəxəssis “Qəbələ”yə çətin rəqib düşdüyünü bildirib: “Püşkün nəticəsinə əsasən “Qəbələ” “Omoniya” ilə qarşılaşacaq. Təbii ki, Kipr təmsilçisi çətin rəqibdi. Üstəlik, hazırda təmsilçimizin heyətində dəyişikliklər baş verir. Xeyli sayda futbolçu “Qəbələ”dən ayrılıb. Komandanın heyəti hələ formalaşmayıb”.

A.Əsədov digər iki təmsilçimizin mərhələ adlamalı olduğunu vurğulayıb: “Qəbələ” ilə müqayisədə “Neftçi” və “Sabah” üçün püşkün nəticəsini uğurlu saymaq olar. Düzdür, təmsilçilərimizin rəqiblərinin adları hələ məlum deyil, ilk mərhələnin matçlarından sonra müəyyənləşəcək. Amma istənilən halda "Neftçi" "Jelezniçar" və ya Minsk "Dinamo"sunu, "Sabah" isə “Makedoniya” və ya Latviya RFŞ-sini mübarizədən kənarlaşdıracaq gücdədir. Hər iki klubumuz bu mərhələni keçməlidi. Avrokuboklarda ölkəmizi təmsil edən bütün klublarımıza uğurlar arzulayıram. İnanıram ki, uğurlu çıxışları ilə hər birimizi sevindirəcəklər”.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31