3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Rasim Rəfiyevin dövründə "Neftçi"də çıxış edənlər Azərbaycan futbolunun əfsanələri idi"

“Çox gözəl tədbirdi. Belə gözəl yubiley tədbirini təşkil etdikləri üçün həm AFFA-ya, həm də “Neftçi” klubuna təşəkkürümü bildirirəm. Bu qədər veteranın Rasim Rəfiyevi yad etmək üçün yığışması mənə də çox xoşdu. Düşünürəm ki, hamı üçün yaxşı fürsətdi - həm Rasim Rəfiyevi yad etmək, həm də veteranların bir araya gəlib futbol oynaması üçün. Maraqlı yoldaşlıq görüşümüz olacaq”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Sumqayıt”ın prezidenti Riad Rəfiyev atası, “Neftçi”nin sabiq rəhbərlərindən biri, 1994-1999-cu illər ərzində klubun əsas sponsoru olmuş mərhum Rasim Rəfiyevin 75 illik yubileyini münasibəti ilə təşkil olunan tədbir barədə danışarkən deyib.

O, 90-cı illərin “Neftçi”sində dövrün ən yaxşı futbolçularının cəmləşdiyini qeyd edib: “Həmin dövrün “Neftçi”sində çıxış edənlər o dövrün qaymaqları, bu günün isə Azərbaycan futbolunun əfsanələridi. 90-cı illər idi, çox maraqlı vaxtlar idi. Hər şey yadımdadı. Çoxlu maraqlı əhvalatlar olub. Amma hamısını danışmağa vaxt çatmaz. Həmin komanda ilə, o dövrlə bağlı çox xoş xatirələrim var. O günləri heç vaxt unutmayacam”. 

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31