3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

"Karyeramdakı ilklərdə ən böyük pay sahibi olan “Neftçi” ilə vidalaşmaq zamanıdır”

“Karyeramdakı ilklərdə ən böyük pay sahibi olan “Neftçi” ilə vidalaşmaq zamanıdır”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Mert Çelik sosial şəbəkə hesabı vasitəsilə yazıb.
 
2020-2023-cü illərdə icarə əsasında “Neftçi”nin formasını geyinən 23 yaşlı müdafiəçi burada keçirdiyi illəri unutmayacağını bildirib: “Azərbaycanda çempionluq, avrokuboklarda oynamaq, əsas milliyə dəvət kimi ilkləri yaşadım. Gözəl dostluqlar qazandığım bütün komanda yoldaşlarıma, Bakıda özümü evimdəki kimi hiss etdirən klubun əməkdaşlarına, hər zaman yanımızda olduqlarını göstərən “Neftçi” azarkeşlərinə çox təşəkkür edirəm”.
 
Qeyd edək ki, müqavilə ilə Türkiyənin “Başakşehir” klubuna məxsus olan Mert Çelik bu ölkənin I Liqa təmsilçisi “Bandırmaspor”a icarəyə verilib.
 
Futbolxeber.az-ın teleqram kanalına abunə olun 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31