3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Baqali Dabo: “Qəbələ" əvvəlki gücündə deyil”

“Qəbələ”nin bəzi oyunlarına baxıram. Bu komanda əvvəlki gücündə deyil”.
 
Futbolxeber.az-ın məlumatına məlumatına görə, bunu “Qəbələ”nin sabiq futbolçusu Baqali Dabo “24sports.com.cy” saytına müsahibəsində deyib.
 
Kiprdə “Apollon” klubunun formasını geyinmiş fransalı hücumçu bu ölkənin digər təmsilçisi “Omoniya”nın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan “Qəbələ”ni dəyərləndirib.
 
35 yaşlı forvard püşkatmanın nikosiyalılar üçün uğurlu olduğunu düşünmür: “Bu, “Omoniya” üçün ən yaxşı püşkatma deyil. Çünki “Qəbələ” avrokubokların qrupuna qayıtmaq istəyən komandadır. Onların təsnifat mərhələlərini necə idarə etdiklərini bilirəm. Bu matçlara çox diqqət yetirirlər. Düzdür, indi komandanın büdcəsi daha aşağıdır. Lakin bu, onların keyfiyyətsiz olması demək deyil”.
 
Dabo hər iki komandanın baş məşqçisi barədə də müsbət fikirlər səsləndirib: “Düşünürəm ki, yaxşı oyunlar olacaq. Hər iki məşqçini – həm Sofroni Avqustini, həm də Elmar Baxşıyevi tanıyıram. Hər ikisinin baxımlı futbol oynatmağa böyük sevgisi var. Ona görə də, maraqlı matçlar olacağına inanıram. “Omoniya”ya cüzi üstünlük verirəm. Çünki son 3 ildə avrokubokların qruplarında çıxış edib”.
 
O, Elmar Baxşıyevin ildən-ilə özünü inkişaf etdirdiyini xüsusi vurğulayıb: “Mən “Qəbələ”də olanda Elmar Baxşıyev gənclərdən ibarət komandanın məşqçisi idi. Ardından əsas komandanın köməkçi-məşqçisi vəzifəsini yerinə yetirdi. Baxşıyev komandasının rəngarəng futbol oynamasını istəyir. Onun fəlsəfəsi Sofroni kimidir”.
 
Hücumçu Azərbaycan və Kipr çempionatlarının müqayisəsindən imtina edib: “Azərbaycan çempionatının səviyyəsi çox yaxşılaşıb. Bu üzdən iki liqanı müqayisə edə bilmərəm”.
 
Baqali Dabo Azərbaycanda 2016-2018-ci illərdə “Qəbələ”nin, 2018-2020-ci illərdə isə “Neftçi”nin formasını geyinib.
 
Qeyd edək ki, “Qəbələ” “Omoniya” ilə ilk oyununu iyulun 27-də evdə, avqustun 3-də isə səfərdə keçirəcək.
 
Futbolxeber.az-ın teleqram kanalına abunə olun 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31