3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Qarabağ” favorit olsa da, mərhələ adlamaq asan başa gəlməyəcək” - AÇIQLAMA

Milli komandamızın məşqçisi Arif Əsədov “Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki şanslarını dəyərləndirib.

Futbolxeber.az saytına açıqlamasında təcrübəli mütəxəssis qeyd edib ki, Ağdam təmsilçisi “Linkoln”dan üstün olsa da, arxayınlaşmaq olmaz:

“Qarabağ” rəqibindən səviyyəcə üstündü. Amma arxayınlaşmaq olmaz. Çünki kiçik ölkələrin klubları da son illər inkişaf edirlər. Hətta səhv eləmirəmsə, “Linkoln” bir dəfə yoxlama oyununda təmsilçimizə qalib gəlib. Ona görə də rəqibə ciddi yanaşmaq lazımdı. Təbii ki, cütün favoriti “Qarabağ”dı. Lakin mərhələ adlamaq asanlıqla başa gəlməyəcək. Üstəlik, unutmayaq ki, avrokubokların ilk mərhələləri həmişə “Qarabağ” üçün çətin keçir. Mövsümün əvvəlində komanda ideal formasından uzaq olur. Ağdam klubu yavaş-yavaş, mərhələdən mərhələyə relsə düşür. Bütün bunlara baxmayaraq, inanırıq ki, “Qarabağ” əvvəlki illərdə olduğu kimi, yenə də qitə kuboklarında inamlı çıxışı ilə hər birimizi sevindirəcək”.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31