3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Sumqayıt” Yalovada: “International Maxwell Cup”ın ilk günündə 2 qələbə, 1 heç-heçə

Türkiyənin Yalova şəhərində “International Maxwell Cup” beynəlxalq turnirinə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, “Sumqayıt” FK-nın U-11 və U-14 komandaları ilk oyun günündə kifayət qədər uğurlu nəticələrlə yadda qalıb.

Belə ki, əvvəlcə meydana U-11 komandası çıxıb. Elşad Eyvazovun yetirmələri ilk qarşılaşmada “Rize Arhavi Gençlik ve Spor” komandasını 8:0, ikinci qarşılaşmada isə “Hisareyn Spor”u 3:0 hesabı ilə məğlub edib.

Daha sonra U-14 komandası ilk oyununa çıxıb. Zahir Əsgərzadənin yetirmələri “Magfa” SK ilə 1:1 hesablı heç-heçə əldə edib.

Qeyd edək ki, “International Maxwell Cup” turnirinin qrup mərhələsinə bu gün baş tutacaq oyunlarla yekun vurulacaq. Sonuncu - üçüncü yarış günündə isə mükafatçılar müəyyənləşəcək.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31