3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Ayxan Abbasovun rəhbərliyi altında oynamaq mənim üçün çox rahatdı”

“Turan Tovuz”un yeni transferlərindən olan Aydın Bayramovun Futbolxeber.az saytına müsahibəsi

- “Sumqayıt”dan ayrılmağınıza səbəb nə oldu? Klub yeni müqavilə təklif etmədi, yoxsa özünüz getmək istədiz?

- “Sumqayıt”la danışığımız olmuşdu. Komandada qalmağımı istəyirdilər. Yeni müqavilə də təklif olunmuşdu. Sadəcə böyüklərimlə məsləhətləşib “Turan Tovuz”un mənim üçün daha uyğun seçim olduğuna qərar verdim.

- Demək olar ki, bu keçiddə Ayxan Abbasov amili həlledici rol oynadı?

- Bəli. Ayxan Abbasovla “Sumqayıt”da daha əvvəl birgə çalışmışıq. Onun rəhbərliyi altında oynamaq mənim üçün çox rahatdı.

- Maddi baxımdan “Turan Tovuz”la “Sumqayıt”ın təklif etdiyi müqavilə şərtləri arasında nə dərəcədə fərq var idi?

- Seçimimdə pul amili rol oynamayıb. Mənim üçün ilk növbədə rahatçılıqdı. Özümü rahat hiss etməsəm, təklif olunan məbləğin önəmi yoxdu.

- “Turan Tovuz”da daha əvvəl “Sumqayıt”da rəqabət apardığınız Tərlan Əhmədli və təcrübəli Kamal Bayramov var. Bu qapıçılarla əsas heyət uğrunda mübarizə aparmaq çətin olmayacaq?

- Rəqabətdən heç vaxt qorxmamışam. Əksinə, rəqabət hər kəs üçün faydalıdı. Mən heyətə düşmək üçün əlimdən gələni edəcəm. Yekun qərarı isə məşqçilər korpusu verəcək.

- Adətən əksər futbolçular rayon mühitinin darıxdırıcı olmasından gileylənirlər. Bu məqam sizi narahat etmir? Səhv eləmirəmsə, ilk dəfə bölgə klubunda çıxış edəcəksiniz.

- Bəli, ilk dəfədir bölgə klubunda forma geyəcəm. Lakin bu məqam məni narahat eləmir. Hətta deyərdim əksinə, bölgədə oynamaq çox maraqlıdı.

- Yəqin ki, rəsmi müqaviləyə imza atdıqdan sonra Ayxan Abbasovla söhbətiniz olub. Komandanın iddiası nə olacaq, “Turan Tovuz” hansı hədəflər uğrunda yarışacaq?

- Düzdür, Ayxan müəllimlə ümumi söhbətimiz olub. Amma konkret hədəflər barədə hələ ki danışılmayıb. Döyüşkən bir kollektiv olacağımıza inanıram.

- Amma istənilən halda komandanın potensialına da, ölkə çempionatındakı rəqiblərə də bələdsiniz. Necə düşünürsüz, “Turan Tovuz” avrokuboklara iddia edə bilər?

- Mövsümün gedişində bunu biləcəyik. İndiki halda yalnız onu deyə bilərəm ki, bacardığımız qədər turnir cədvəlinin yuxarı pillələrində qəarlaşmaq üçün vuruşacağıq.

- “Turan Tovuz” Aydın Bayramovun milliyə qayıdışında körpü rolunu oynaya biləcək?

- Məqsədlərimdən biri də məhz budur. Daha əvvəl milliyə dəvət alırdım. Ölkənin 1 nömrəli komandasının şərəfini qorumaq hər bir futbolçunun arzusudu, o cümlədən də mənim. Odur ki, yenidən milliyə qayıtmaq üçün əlimdən gələni edəcəm.

ibrahim CƏFƏROV

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31