3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Julio Romao: "Hər bir oyunçu ÇL-in qrup mərhələsində oynamaq arzusundadır"

"Ümid edirəm ki, yaxşı oyunlar keçirəcəyəm və komandamın UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə yüksəlməsinə yardımçı olacağam".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Qarabağ"ın braziliyalı futbolçusu Julio Romao ölkəsinin "İstoe" nəşrinə açıqlamasında deyib.
 
25 yaşlı yarımmüdafiəçi ilk dəfə qitənin bir nömrəli klub turnirində çıxış edəcəyini söyləyib: "Bunun üçün motivasiyam var. Burada mübarizə aparmaq mənim üçün çox özəldir. Hər bir oyunçu bir gün orada oynamaq arzusundadır. Məqsədimizə çatmaq üçün səylərimizi əsirgəməyəcəyik. Artıq Avstriyada təlim-məşq toplanışına start vermişik. Məqsədlərimizə nail olmaq üçün çox çalışacağıq".
 
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”la üz-üzə gələcək.
 
Futbolxeber.az-ın teleqram kanalına abunə olun 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31