3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Coşqun Diniyev Türkiyə klubuna keçdi

"Səbail"in iyunun 21-i transfer etdiyi Coşqun Diniyev karyerasını Türkiyənin "Ümraniyespor" klubunda davam etdirəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti açıqlama yayıb:

"Növbəti mövsümün hazırlığını davam etdirən "Səbail" Futbol Klubu heyətinin komplektləşdirilməsi məqsədilə yarımmüdafiəçi Coşqun Diniyev ilə 1 illik müddəti əhatə edən müqavilə imzalamış və iyunun 21-də bununla bağlı ictimaiyyətə məlumat verilmişdi. Bu gün isə Coşqun Diniyevin Türkiyənin "Ümraniyespor" klubu tərəfindən transfer olunması istəyi barədə məlumat aldıq. Azərbaycanlı futbolçuların legioner həyatı yaşamasına maneə yaratmamaq üçün "Səbail" FK olaraq C.Diniyevin qardaş ölkəyə transferinə müsbət yanaşır, futbolçunun müqaviləsində də xarici ölkə təmsilçisindən təklif alacağı təqdirdə klubumuzdan hər hansı şərtlər olmadan ayrıla biləcəyi barədə müvafiq bəndin olduğunu bildiririk".

Qeyd edək ki, "Ümraniyespor" ötən mövsüm Türkiyə Superliqasını tərk edib. Komanda yeni mövsüm 1-ci liqada oynayacaq.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31