3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Rasim Rəfiyevin futbol sevgisi bizə çempionluq, kubok qazandırırdı”

“Neftçi”nin sabiq rəhbərlərindən biri, 1994-1999-cu illər ərzində klubun əsas sponsoru olmuş mərhum Rasim Rəfiyevin sabah 75 illik yubileyi təşkil olunacaq.

Yubiley ərəfəsində “Neftçi”nin sabiq futbolçusu, Rəfiyevin dövründə flaqmanın şərəfini qorumuş Arif Əsədov mərhum klub rəhbəri ilə bağlı xatirələrini Futbolxeber.az saytı ilə bölüşüb.

Veteran futbolçu qeyd edib ki, R.Rəfiyev daim komanda üzvlərinin problemləri, qayğıları ilə maraqlanıb: “Allah Rasim müəllimə rəhmət eləsin, qəbrli nurla dolsun. O, futbolu sevən klub rəhbərlərindən olub. Həmişə futbola öz şəxsi vəsaitindən xərcləyib. Mən də onun futbolçusu olmuşam. Rasim Rəfiyev bizə tək futbolda yox, həyatda da hər zaman dəstək olub. Bütün problemlərlə yaxından maraqlanırdı. ıanıb. Mənim Rasim Rəfiyevlə bağlı yalnız xoş xatirələrim var”.

A.Əsədov qeyd edib ki, klub rəhbərinin futbola sevgisi “Neftçi”nin nəticələrində də özünü büruzə verirdi: “O, futbolu çox sevirdi. Daim istəkli idi, qarşıya məqsəd qoyurdu. Təsadüfi deyil ki, onun futbol sevgisi bizə çempionluq, kubok qazandırırdı. Daim onun dəstəyini hiss etdiyimiz üçün biz də əlimizdən gələnin ən yaxşısını etməyə çalışırdıq”.

Arif Əsədov Rasim Rəfiyevin dövründə Rusiyada legioner həyatı yaşadığını dövrü də xatırlayıb: “1994-cü ildə “Neftçi”dən Vladiqafqaza yollandım. İcarə əsasında 1 il orada çıxış etdim. İcarə müddəti başa çatdıqdan sonra yenə təkliflər var idi. Lakin Rasim müəllim “Neftçi”yə qayıtmağımı istədi. Çünki həmin vaxt millinin əksər üzvləri məhz “Neftçi”də çıxış edirdi. İddialı komandamız var idi. Ard-arda çempionluqlar, kubok qazandıq. Təbii ki, bütün bu uğurlarda Rasim Rəfiyev böyük pay sahibi idi”.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31