3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Rahid Əmirquliyev futbolçu karyerasını başa vurdu

Son illər “Səbail”də çıxış edən Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri olan Rahid Əmirquliyev futbolçu karyerasını bitirmək qərarına gəlib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə paytaxt klubunun feysbuk səhifəsinə açıqlama yayıb:

“Əsl peşəkar, böyük kapitan və gözəl insan - klubumuz və ümumilikdə, futbolumuz üçün etdiklərin unudulmayacaq!

Azərbaycan Premyer Liqasının və “Səbail” FK-nın heyətində ən çox oyun keçirən futbolçu kimi klubumuzun tarixində önəmli bir səhifə olaraq qalacaqsan”.

Bildirilib ki, Rahid Əmirquliyevin karyerasını “Səbail”də digər ampluada davam etdirməsi ilə bağlı hazırda danışıqlar aparılır.

Qeyd edək ki, Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasında 457 oyunda meydana çıxıb. O, daha çox “Xəzər Lənkəran”dakı çıxışları ilə tanınıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31